Həndbol üzrə Asiya Çempionatı; İran ilk addımı qətiyyətli atdı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i385228-həndbol_üzrə_asiya_Çempionatı_İran_ilk_addımı_qətiyyətli_atdı
İran İslam Respublikasının kişilərdən ibarət həndbol üzrə milli komandası Asiya çempionatı çərçivəsində keçirilən ilk görüşündə Avstraliya komandası üzərində inamlı qələbə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2022 17:05 Asia/Baku
  • Həndbol
    Həndbol

İran İslam Respublikasının kişilərdən ibarət həndbol üzrə milli komandası Asiya çempionatı çərçivəsində keçirilən ilk görüşündə Avstraliya komandası üzərində inamlı qələbə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İRİB-in məlumatına görə, İranın həndbol üzrə milli komandası bu gün (19 yanvar) Səudiyyə Ərəbistanının ev sahibliyi ilə keçirilən iyirminci Asiya çempionatının qrup mərhələsindəki ilk addımında Avstraliyanı 32-10 hesabı ilə məğlub edib.

İran komandası ikinci görüşündə Hindistanla qarşılaşacaq.

İran İslam Respublikasının həndbol yığması Avstraliya, Səudiyyə Ərəbistanı və Hindistan komandaları ilə birlikdə bu yarışın B qrupunda yer alıb.

Kişilər arasında həndbol üzrə 20-ci Asiya çempionatı 16 komandanın iştirakı ilə çərşənbə axşamı günündən Səudiyyə Ərəbistanının Dəmmam şəhərində start götürüb.