Yan 20, 2022 13:09 Asia/Baku
  • «Mançester Yunayted»in tarixi rekordu

«Mançester Yunayted» İngiltərə premyer liqasının tarixində evdən kənarda üç yüzdən çox qələbə qazanan ilk komanda olub.

İngiltərə premyer liqası yarışlarının on yeddinci həftəsində «Brentford» klubunun qonağı olan «Mançester Yunayted» meydanı qələbə ilə tərk edib: Üç-bir.

Antoni Elanqa 55, Meyson Qrinvud 62, Markus Reşford isə 77-ci dəqiqələrdə «Mançester Yunayted»in qollarını vurublar.

Ev sahibi bu qollardan birinin əvəzini çıxa bilib. Onu oyunun 85-ci dəqiqəsində Toni Montana «Mançester Yunayted»in qapısına vurub.

Ronaldo bu görüşdə iştirak etsə də, oyunun davamında əvəz edilib.

Teqlər