Yan 22, 2022 20:30 Asia/Baku
  • 2022-ci il Həndbol üzrə Asiya Çempionatı; İran İraqı məğlub etdi

İranın həndbol üzrə milli komandası 2022-ci il kişilər arasında həndbol üzrə Asiya çempionatının əsas mərhələsindəki ilk oyununda İraq komandasını məğlub edib.

SəhərAzəri-nin məlumatına əsasən, şənbə günü İranın kişilərdən ibarət milli həndbol komandası Səudiyyə Ərəbistanının ev sahibliyi ilə keçirilən Həndbol üzrə Asiya Çempionatının əsas mərhələsi çərçivəsindəki ilk oyununda İraqla qarşılaşıb və rəqibini 28-25 hesabı ilə məğlub edə bilib.

Matçın əvvəlində baş məşqçi Manuel Montaya Fernandezin rəhbərlik etdiyi iranlı həndbolçular oyuna nəzarəti ələ ala biliblər və əla bir çıxışla rəqiblə xal fərqini artıraraq, ilk hissəni 16-12 hesabı ilə başa vurublar.

İkinci hissədə vəziyyət dəyişib və İraq tərəfi qapıçısının əla çıxışı və iranlı oyunçuların diqqətsizliyi səbəindən hesabı bərabərləşdirib. Bu məsələ bu görüşü daha həssaslaşdırıb. Amma sonda iranlı həndbolçular oyuna geri qayıdıblar və üç xal fərqi ilə rəqibi məğlub ediblər. 

Teqlər