İran təmsilçiləri beynəlxalq tennis turnirinin yarımfinalında
İranlı tennisçilər 18 yaşadək idmançılar arasında keçirilən beynəlxalq tennis turnirinin yarımfinal mərhələsinə yüksəlməyi bacarıblar. İranın cənubundakı Kiş adasında keçirilən turnirin davamında iranlı tennisçilər 1/4 final mərhələsində rəqibləri ilə qarşılaşıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Cütlüklər bölməsində də iştirakçı komandalar final mərhələsinə yüksəlmək üçün üz-üzə gəliblər və nəhayət, İranın Əmir Əli Qəvam - Kəsra Rəhmani komandası, iranlı Saman Rezaian - türkiyəli Tanqal cütlüyünə qalib gəlib, aElyas Fəhim - Yunis Təlavərdən ibarət ABŞ komandası isə İrandan Samyar Elyasi-Alireza Golzad cütlüyü üzərində qələbə qazanıb.
Qızlar bölməsində də belçikalı Lapaq-tunisli Cendubi komandasının yarışdan imtina etməsi ilə iranlı Dorsa Çeraği-türkiyəli Əda Nunanoğlu cütlüyü finala yüksəliblər, bu mərhələnin digər görüşündə iki türkiyəli komanda üz-üzə gəliblər ki, Nisa Blut və Karabacak cütlüyü Dəfne Erbakan - Zeynəb Erbakan cütlüyünə qalib gələrək, finala vəsiqə qazanıblar.