Fev 12, 2022 19:02 Asia/Baku

Argentinanın əfsanəvi futbolçusu və Paris Sen-Jermen klubunun üzvünün adını daşıyan gənc futbolçu mübahisələrə səbəb olub. "İkinci Messi" futbol dünyasında qalmaqal yaradıb.

SəhərAzəri-nin məlumatına əsasən, Argentina futbolu Joaquin "Messi" adlı futbolçunun meydana çıxmasının şahididir. Joaquin dünən ilk dəfə olaraq, "Newell's Old Boys" komandası üçün meydançaya daxil olub və "Messi"nin forması ilə çıxış edib.

Argentinalı gənc futbolçunun bu addımı ölkədə futbol pərəstişkarları arasında mübahisələrə səbəb olub. Argentina millisinin bir çox azarkeşi gənc futbolçudan dərhal köynəyindən "Messi"nin adının silməsini istəyiblər, çünki bu ad yalnız bu ölkənin əfsanəvi futbolçusu Lionel Messiyə aiddir. 

Messi də futbol karyerasını Argentinanın bu klubunda başlayıb və bu komanda ilə peşəkar futbol dünyası ilə tanış olub.

Teqlər