Fev 14, 2022 13:10 Asia/Baku
  • Ronaldo vs Messi
    Ronaldo vs Messi

Futbol dünyasının iki ənənəvi rəqibinin yeni komandalarındakı statistik göstəriciləri müqayisə edilib.

SəhərAzəri-nin məlumatına əsasən, Portuqaliyalı superulduz Kriştiano Ronaldo və argentinalı ecazkar Lionel Messi bu günlərdə yeni komandaları ilə birlikdə keçmişdəki fantastik statistikalarına malik deyillər.

Futbol dünyasının iki ulduzu son on beş ildə ciddi rəqib olublar, lakin görünən odur ki, iki super ulduz qızıl dövrlərinin sonuna yaxınlaşır.

"ESPN" kanalı iki futbol əfsanəsinin "Mançester Yunayted" və “Paris Sen-Jermen"lə son 10 oyundakı statistikasını müqayisə edib.

Ronaldo ilə Messi arasında müqayisədə argentinalı ulduzun vəziyyəti daha yaxşıdır. Ronaldo son 10 oyunda "qırmızı şeytanlar" üçün təkcə 2 qol vurub və bir məhsuldar ötürmə edib.

Amma qarşı tərəfdə onun ənənəvi rəqibi Messi daha yaxşı vəziyyətdədir və son 10 oyunda 3 qol vurub, 7 məhsuldar ötürmə edib. 

Teqlər