İranın kişilərdən ibarət milli Kampond komandası dünya çempionu oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i386333-İranın_kişilərdən_ibarət_milli_kampond_komandası_dünya_çempionu_oldu
İranın kişilərdən ibarət Kampond milli komandası Birləşmiş Ərəb Əmirliklərində keçirilən para-oxatma üzrə dünya çempionatında birinci olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2022 09:41 Asia/Baku
  • İranın kişilərdən ibarət milli Kampond komandası dünya çempionu oldu

İranın kişilərdən ibarət Kampond milli komandası Birləşmiş Ərəb Əmirliklərində keçirilən para-oxatma üzrə dünya çempionatında birinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, Dubayda keçirilən para-oxatma üzrə dünya çempionatının davamında İranın Ramazan Biyabani və Hadi Nuridən ibarət milli kompond komandası finalda 145-143 hesabı ilə Avstraliyanı məğlub edib və çempion olub. 

İranın qadınlardan ibarət milli kampond komandası da Məryəm Yavərpur və Fərzanə Əsgərinin iştirakı ilə İngiltərə ilə sıralama görüşündə 148-148 hesablı bərabərlikdən sonra qızıl oxda bu komandanı məğlub edə və bu yarışın bürünc medalını qazana bilibdir.