İranın təmsilçiləri Türkiyədə keçirilən Beynəlxalq Turnirdə ikinci olublar
Mart 05, 2022 20:35 Asia/Baku
İranın Xürrəmabad şəhərinin "Fars Körfəzi Polimeri" yüngül atletika komandası Türkiyə klublarının beynəlxalq yarışlarında 10 rəngarəng medal qazanaraq, ikinci olub.
SəhərAzəri-nin məlumatına əsasən, "Fars Körfəzi Polimeri" komandasının baş məşqçisi Siyavuş Sepəhvənd İRNA-ya müsahibəsində deyib: "Xürrəmabad şəhərinin "Fars Körfəzi Polimeri" yüngül atletika komandası Türkiyə klublarının beynəlxalq yarışlarında beş qızıl, üç gümüş və iki bürünc medal qazanıb və üç milli rekordu təzələyib.
Sepəhvənd Xürrəmabadın yüngül atletika komandasının bu yarışlarda ikinci olduğunu bildirib. Birinci və üçüncü yerləri isə Türkiyə komandaları tutub.