Mart 06, 2022 13:52 Asia/Baku
  • İran veteranları
    İran veteranları

İranın veteranlardan ibarət gəzinti komandası bu idman növü üzrə ixtisaslaşdırılmış dünya çempionatı yarışlarında iyirmi medal qazanmaqla İranın yüngül atletika tarixində ilk dəfə olaraq, ilk pillədə dura bilib.

SəhərAzəri-nin məlumatına əsasən, Veteranların gəzinti üzrə dünya çempionatı şənbə günü Omanın Maskat şəhərində keçirilib.

İranın on dörd nəfərlik veteranlar komandası yeddisi qadın, yeddisi də kişi olmaqla bu yarışlarda iştirak edib. Komandamız müxtəlif yaş qruplarında, həmçinin komanda və fərdi bölmələrdə yeddi qızıl, səkkiz gümüş və beş bürünc medal qazanıbdır.

Yarışlarda Kanada beş, Avstraliya və İspaniya hər birisi dörd və Yunanıstan iki medalla ikincidən beşinciyədək olan yerləri tutublar.

 

Teqlər