Mart 08, 2022 15:00 Asia/Baku
  • İran xokkeyçiləri
    İran xokkeyçiləri

İranın buz üstündə xokkey komandası Malayziya komandasını məğlub etməklə Qırğızıstanda keçirilən beynəlxalq yarışda ikinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, Buz üstündə xokkey üzrə dünya çempionatının dördüncü səviyyəsinin yarışlarının davamında İran yığması özünün dördüncü görüşündə güclü Malayziya millisi ilə görüşüb və bu komandanı məğlub etməklə gümüş medalçı olub.

Rəqibini yeddi-üç hesabı ilə məğlub edən İran yığması dördüncü divizionun ikinci pilləsində dayanıb.

İdmanın bu növü üzrə dünya yarışlarında ilk dəfə çıxış edən İran millisi əvvəlki üç oyununda öncə ev sahibliyi edən komandaya uduzub, sonra isə Sinqapur və Küveyt komandalarını məğlub edibdir.

 

Teqlər