İranlı qadınlar "President Cup" turnirində çempion olublar
İranlı qadın taekvondoçular Tehranda keçirilən Dünya Taekvondo Federasiyasının 4-cü Prezident Kubokunda çempion olublar.
SəhərAzəri-nin məlumatına əsasən, "Prezident Kuboku" üzrə 4-cü beynəlxalq turnir İran, Əfqanıstan, Azərbaycan, Hindistan, İordaniya, Qazaxıstan, Livan, Pakistan, Türkiyə, Özbəkistandan və qaçqın komandasından olan 122 qadın taekvondoçunun iştirakı ilə cümə axşamı Tehranda "Taekvondo Evi"ndə keçirilib.
İranın qadın təmsilçiləri 5 qızıl və 3 bürünc medal və 697 xal qazanaraq, yekun reytinqdə birinci olublar. İordaniya bir qızıl, gümüş və bürünc və 203 xalla ikinci, Özbəkistan isə bir qızıl, iki bürünc və 173 xalla üçüncü olub.
Həmçinin, Qazaxıstan bir qızıl, 135 xalla dördüncü, Azərbaycan isə bir gümüş, bir bürünc və 84 xalla üçüncü yerdədir.
Birinci və üçüncü yerlərin qaliblərinə Olimpiya reytinqində müvafiq olaraq 20, 12 və 7,20 xal veriləcək.