Mart 12, 2022 20:34 Asia/Baku
  • İran filmi Türkiyə Festivalında ən yaxşı film seçilib

Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci Qızıl Buğda Festivalında İran istehsalı olan “İllüziyadan Dəhşətə qədər” filmi qorxu janrında ən yaxşı qısametrajlı film seçilib.

SəhərAzəri-nin məlumatına əsasən,İman Davərinin ssenari müəllifi və rejissoru olduğu  "İllüziyadan dəhşətə qədər" qısametrajlı filmi Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci Qızıl Buğda Festivalında qorxu janrında ən yaxşı qısametrajlı film seçilib.

Yeni kinorejissorlar yetişdirmək, milli və beynəlxalq forumlarda uğur qazanmağa yönəlmiş bu festival kino təlimləri, master klaslar, seminarlar və kino düşərgələri keçirməklə dünyanın hər yerindən kinosevərləri bir araya gətirir. 

Festivalın məqsədlərindən biri də haqsız rəqabətə qarşı mübarizə aparmaq və real, peşəkar və ədalətli kino xadimlərinin festivalın idarə olunmasında iştirakı ilə məşhur olub-olmamasından asılı olmayaraq bütün kino xadimlərini qarşılamaq və onların tələblərinə cavab verməkdir.

Teqlər