İranlı pinq-ponqçular İraq yarışlarının ikincisi olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i387125-İranlı_pinq_ponqçular_İraq_yarışlarının_ikincisi_olublar
İranlı idmançılar İraqda keçirilən gənclərin stolüstü tennis üzrə turnirində ikinci olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2022 14:13 Asia/Baku
  • İranlı pinq-ponqçular İraq yarışlarının ikincisi olublar

İranlı idmançılar İraqda keçirilən gənclərin stolüstü tennis üzrə turnirində ikinci olublar.

SəhərAzəri-nin məlumatına əsasən, Yekta Lerkyan on üç, Elina Rəhimi isə on yeddi yaşadək yaş qruplarında İraqın Süleymaniyyə şəhərində keçirilən kantander yarışlarının ikinciləri olublar.

On üç yaşadək yaş qrupu üzrə yarışların finalında Yekta Lerkyan Suriyadan olan rəqibinə sıfır-üç hesabı ilə məğlub və gümüş medalçı olub.

Lerkyan yarımfinalda Baran Ərcüməndi üç-bir hesabı ilə məğlub etmişdi.

On yeddi yaşadək yaş qrupu üzrə yarışların finalında da Elina Rəhimi Misir nümayəndəsi Məryəm Yusifə bir-üç hesabı ilə məğlub və gümüş medala qane olub.

Rəhimi yarımfinalda digər Misir nümayəndəsini üç-bir hesabı ilə məğlub etmişdi.