İranlı yeniyetmə həndbolçu qızlar Asiya çempionu olublar
İranın həndbol üzrə yeniyetmə qızlar komandası Suriya komandası üzərindəki qələbə ilə yeniyetmələrin həndbol üzrə Asiya çempionatının qalibi olub.
SəhərAzəri-nin məlumatına əsasən, İranın həndbol üzrə yeniyetmə qızlar komandası Qazaxıstanda keçirilən həndbol üzrə Asiya çempionatında 36-21 hesabı ilə Suriya komandası üzərində üstünlük əldə edib.
İran yığması bundan qabaq dünya çempionatına vəsiqə qazanmağa müvəffəq olmuşdu. Komandamız Suriya komandası üzərində üstünlük və ard-arda dörd qələbə ilə yarışların çempionu adını qazanıbdır.
Bu, İran həndbolunun kişi və qadın bölmələrində ilk Asiya çempionluğudur.
Bu görüşün ilk hissəsi on yeddi-səkkiz hesabı ilə İran millisinin xeyrinə başa çatmışdı. İran komandası özünün ötən üç oyununda Özbəkistan, Qazaxıstan və Hindistan yığmaları üzərində qələbə qazanmışdı.