Mart 26, 2022 16:39 Asia/Baku
  • İranlı məktəblilərin nailiyyətləri

İranın parlaq istedadların yetişdirilməsi üzrə milli təşkilatının sədri bildirib ki, iranlı məktəblilər beynəlxalq olimpiadalarda yeddi qızıl və on bir gümüş medal qazanıblar.

SəhərAzəri-nin məlumatına əsasən, İlham Yavəri məktəblilərin elmi olimpiadalardakı durumu haqda deyib: İranlı məktəblilər ötən günəş ilində beynəlxalq olimpiadalarda yeddi qızıl, on bir gümüş, doqquz bürünc medal və bir diplom əldə ediblər.

İranın parlaq istedadların yetişdirilməsi üzrə milli təşkilatın sədri əlavə edib: İranlı məktəblilər kompüter olimpiadasında üç qızıl medal almağı bacardılar ki, bu da İran məktəblilərinin olimpiadaları tarixində misilsizdir.

Yavəri həmçinin söyləyib: İranlı məktəblilər 2005-ci ildən bəri riyaziyyat üzrə 46 qızıl, 99 gümüş, 45 bürünc medal və dörd diplom, fizika üzrə 36 qızıl, 57 gümüş, 35 bürünc medal və on iki diplom alıblar. Həmçinin iranlı məktəblilər kompüter üzrə 2005-ci ildən bəri 27 qızıl, 58 gümüş və 23 bürünc medal və bir diplom qazanıblar.

Teqlər