Mart 28, 2022 13:47 Asia/Baku
  • Kanada
    Kanada

Kanadanın futbol üzrə yığma Yamaykanı məğlub edərək, Concacaf-da keçirilən dünya kubokunun seçmə mərhələsində birinci yeri tutan komanda kimi Qətər Dünya Kubokuna vəsiqə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Kanada millisində Con Herdmanın yetirmələri 1986-cı ildən sonra ikinci dəfə olaraq, dünya kubokuna vəsiqə qazanıblar.

Kanadanın Meksika və ABŞ ilə birlikdə 2026-cı il Dünya Kubokuna ev sahibliyi edəcəyini nəzərə alaraq, bu, 36 illik tilsimi qırmaq üçün mümkün olan ən yaxşı hadisə idi. Kanada bu həftə BMO Field meydanında Yamaykanı qəbul etdi. 

Herdmanın yetirmələri çox erkən və 13-cü dəqiqədə Larin vasitəsilə ilk qolu vurdular. İlk hissənin son dəqiqələrində fərqi iki topa çatdıran Buçanan ikinci hissədə daha iki qol vuraraq, həm özlərini, həm də azarkeşləri Kanadanın Şimali Amerika regionunda birinci komanda kimi Qətərə gedəccəyinə əmin etdi.

Kanada yığması cümə axşamı Panama yığmasının qonağı olacaq.

Teqlər