Apr 09, 2022 18:20 Asia/Baku

Avropa Liqası oyunları bu gün səhər davam etdirilib və Bundesliqada "Borussia Dortmund" Ştutqart" üzərində qələbə çalıb, La Liqada isə Sevilla Qranadaya qalib gələrək, Barselonanı arxada qoyub.

SəhərAzəri-nin məlumatına əsasən, Avropada futbol yarışlarının yeni həftəsinin başlanğıcında Bundesliqada "Borussiya Dortmund" "Mercedes-Benz" stadionunda "Ştutqart"ı qəbul edib və iki qol fərqi ilə qalib gəlib.

Bu qələbə ilə Dortmund 60 xal toplayıb və "Bavariya"dan 1 oyun daha çox oynamaqla və 6 xal fərqi ilə Bundesliqanın 2-ci pilləsində qərarlaşıb.

Digər matçda və La Liqa yarışında "Sevilla" "Qranada"nı qəbul edib və 4-2 hesabı ilə qalib gəlib.

Sevilla bu qələbə ilə 60 xal qazanıb və 57 xalı olan Barselonanı geridə qoyub. 

La Liqanın turnir cədvəlində "Real Madrid" 69 xalla liderdir.

Fransanın Liqa 1 yarışlarında da Loryan 6-2 hesabı ilə Sent-Etyen klubunu məğlub edib, İngiltərə premyer liqasında isə "Nyukasl" qalib gəlib. 

Teqlər