İranlı qadın atıcılar dünya çempionu oldular
İranın qadınlardan ibarət yığma komandası Braziliyada keçirilən atıcılıq üzrə dünya çempionatının üçüncü gününün sonunda tapança bölməsinin final mərhələsində rəqibini məğlub edib və qızıl medal qazanıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün İranın Haniyə Rüstəmiyan, Qolnuş Sebqətilahi və İlham Hericanidən ibarət tapança üzrə qadın yığma komandası finalda Tailand millisini on altı-on iki hesabı ilə məğlub edib və dünya çempionu adını qazanıb.
Bu medalın əldə olunması ilə İran karvanının medallarının sayı dördə çatıb.
Beləliklə, İran atıcıları yarışların üçüncü gününün sonunadək bir qızıl, bir gümüş və iki bürünc medal əldə etməklə medallar cədvəlində ikinci pillədə qərarlaşıblar.
İranın atıcılıq karvanı on üç atıcı ilə atıcılıq üzrə dünya çempionatında iştirak edir.