Tareminin yeni uğurları
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i388149-tareminin_yeni_uğurları
«Porto» komandası öz iranlı hücumçusunun gözəl oyunu ilə «Portimonense» klubunu «top atəşi»nə tutub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 18, 2022 09:29 Asia/Baku
  • Mehdi Taremi
    Mehdi Taremi

«Porto» komandası öz iranlı hücumçusunun gözəl oyunu ilə «Portimonense» klubunu «top atəşi»nə tutub.

SəhərAzəri-nin məlumatına əsasən, Portuqaliya premyer liqasının otuzuncu həftəsində «Porto» komandası Draqau stadionunda «Portimonense» klubunu qəbul edib.

İranlı futbol azarkeşləri üçün bu oyunun cazibədarlıqlarından biri, Mehdi Tareminin «Porto»nun hücum xəttində olması, Pəyam Niyazməndin isə «Portimonense» klubunun qapısında durması olub. Oyun yeddi-sıfır hesabı ilə «Porto»nun xeyrinə başa çatıb.

Bu görüşdə fövqəladə oyun nümayiş etdriən «Porto»nun iranlı ulduzu Mehdi Taremi üç qol vurmaqla bərabər, daha iki qolun təşkilatçısı olubdur.

Oyunun kənar cəhətlərindən, qollarını vurduqdan sonra Tareminin mənalı hərəkəti və sevincinə işarə etmək olar.

Lissabonun «Sportinq» klubunun üzvləri tərəfindən ədalətsiz şəkildə tənqid edilən iranlı hücumçu hər qolu vurduqdan sonra «sus!» əlamətini göstərməklə onu tənqid edənləri sükuta çağırıbdır.

Bu qələbə ilə xallarının sayını səksən ikiyə çatdıran «Porto» klubu, Portuqaliya premyer liqasının çempionu olmaq ərəfəsindədir.