İran qızları pumse üzrə dünya ikincisi olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i388295-İran_qızları_pumse_üzrə_dünya_ikincisi_olublar
Cənubi Koreyada keçirilən pumse üzrə dünya çempionatı yarışlarının ikinci günü İran nümayəndələri üçün iki gümüş və bürünc medalın əldə olunması ilə başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2022 11:57 Asia/Baku
  • pumse
    pumse

Cənubi Koreyada keçirilən pumse üzrə dünya çempionatı yarışlarının ikinci günü İran nümayəndələri üçün iki gümüş və bürünc medalın əldə olunması ilə başlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, 63 ölkədən 760 taekvondoçunun iştirakı ilə Cənubi Koreyanın Koyan şəhərində keçirilən on ikinci pumse yarışlarının davamında İranın iki və üç nəfərlik komandaları iki gümüş və bürünc medal almağa müvəffəq olublar.

İkinci günün yarışları iki və üç nəfərlik komandaların yekun görüşlərilə başlanıb.

Dünən bu mərhələdə iştirak vəsiqəsi almağa nail olmuş İranın hər iki komandası dünya çempionatının ikinci və üçüncü pillərində dayanıb.

İranın qadınlardan ibarət yığma komandası «Şima Nəssaci- Sanaz Təqipur-Fatimə Salmanizadə» tərkibi ilə yeniyetmələrin üçnəfərlik komanda yarışlarının finalında gümüş medal alıb və dünya ikincisi olubdur.