May 01, 2022 11:07 Asia/Baku
  • Real Madrid La Liqa çempionu oldu

Espanyol futbol klubunu dörd-sıfır hesabı ilə məğlub edən Real Madrid klubu iki ildən sonra yenidən La Liqa çempionluğuna nail olub. Bu, Real-ın otuz beşinci çempionluğudur.

SəhərAzəri-nin məlumatına əsasən, Real Madrid və Espanyol komandaları İspaniya premyer liqası- La Liqa yarışlarının otuz dördüncü həftəsi çərçivəsində Santyaqo Bernabeu stadionunda qarşılaşıblar. Oyunun qalibi olan ev sahibi, yarışların başa çatmasına dörd həftə qalmış, səksən bir xalla öz çempionluğunu qətiləşdirib.

Rodriqo Qoes otuz üç və qırx uçüncü, Marko Asensio əlli beşinci, Kərim Benzema isə səksən birinci dəqiqələrdə «qalaktikalılar» üçün çempionluq qollarını vurublar.

Espanyol isə bu məğlubiyyətlə otuz doqquz xalla yarış cədvəlinin on üçüncü pilləsində qalıb.

 

Teqlər