Argentina, dünya çempionatına meydan oxudu
Argentinanın milli futbol komandası AVRO 2020-Amerika Kuboku 2021 çempionlarının Finalissima 2022 adlandırılan kubokunun qalibi olub.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün səhər saatlarında Londonun Uembli stadionunda keçirilən İtaliya və Argentina yığmalarının görüşündə Argentinanın milli futbol komandası/ Lautaro Martines, Anxel Di Mariya və Paulo Dibalanın vurduqları üç qol hesabına, rəqib komandaya qalib gəlib və ikinci dəfə Finalissima-nın çempionu olub.
Argentinalı «veteran superulduz»- Lionel Messi tam şəkildə Argentina komandasının tərkibində oynayıb və birinci qol, məhz onun ötürməsilə əldə olunub.
Bu görüş FİFA-nın/ Avropa Futbol Assosiasiyaları İttifaqı-UEFA və Cənubi Amerika Futbol Konfederasiyası- KONMEBOL ilə razılaşması ilə keçirilib və İtaliya və Argentina yığmaları, müvafiq olaraq, AVRO-2020 və Amerika Kuboku-2021 çempionatlarının qalibləri kimi bu yarışda iştirak ediblər.
Üçüncü dəfədir ki, iki bölgənin çempionları bir-birilərilə qarşılaşırlar.