İranlı yunan-roma güləşçiləri İtaliya yarışlarının qalibi olublar
İranın yunan-roma güləşi üzrə gənclərdən ibarət seçmə komandası İtaliyada keçirilən Sasari kuboku üzrə beynəlxalq yarışlarının qalibi olub. Gənc güləşçilərimiz bu yarışı yeddi qızıl, iki gümüş və bir bürünc medalla başa vurublar.
SəhərAzəri-nin məlumatına əsasən, İranın yunan-roma güləşi üzrə gənclərdən ibarət seçmə komandası səkkiz çəki dərəcəsində on güləşçi ilə mübarizə aparıb. Yarışlar yuxarıyaşlılar kateqoriyasında keçirilib.
Mehdi Cəvahiri, Səid İsmaili, Əmir Əbdi, Məsud Kavusi, Əlirza Məhəmmədi, Əmirrza Əkbəri və Fərdin Hidayəti qızıl medal alıblar.
Mehdi Əhədi əlli beş kiloqram çəki dərəcəsində, Şahrox Mikaili isə yüz otuz kiloqram çəki dərəcəsində gümüş, Şayan Həbib Zare də səksən yeddi kiloqram çəki dərəcəsində bürünc medal əldə ediblər.