İyun 18, 2022 15:09 Asia/Baku
  • İranlılar 2022 Asiya-Okeaniya Açıq Çempionatında parlayıblar

İranın ağır atletika üzrə milli komandası Asiya-Okeaniya Açıq para-paverliftinq Çempionatında iki qızıl, iki gümüş və iki bürünc medal qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Cənubi Koreyada keçirilən Para-Paverliftinq üzrə Asiya-Okeaniya Açıq Çempionatında 107 kiloqram çəki dərəcəsində mübarizə aparan İran təmsilçisi Əli Əkbər Qəribşahi 254 kiloqram çəkiniqaldıraraq, bu kateqoriyanın dünya rekordunu yüksəldib və iki qızıl medal qazanıb.

Əli Əkbər Qəribşahi ümumilikdə 498 kiloqram nəticə ilə iki bürünc medal da qazanıb.

Həmçinin 107 kiloqram çəki dərəcəsində mübarizə aparan İranın digər təmsilçisi Saman Rəzi də 233 kiloqramlıq çəkini qaldıraraq iki gümüş medal qazanıb.

Teqlər