İyul 23, 2022 17:10 Asia/Baku
  • İranlı gənc atlet Daşkənd yarışlarında Asiya rekordunu qırıb

Gənclər və yeniyetmələr arasında ağırlıq qaldırma üzrə Asiya çempionatında iranlı gənc atlet qızıl medal qazanıb və Asiya rekordunu bir kiloqram qaldırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən bu yarışlarda 89 kiloqram çəki dərəcəsində çıxış edən iranlı gənc ağırlıqqaldıran Əlireza Moini birdən qaldırmada 166 kiloqram qaldıraraq bu kateqoriyada Asiya rekordunu təzələməklə yanaşı, qızıl medal sahibi də olub.

Əlireza Moini təkanla qaldırmada da parlaq çıxış edib və sonda təkanla qaldırmada gümüş və toplum nəticədə qızıl medal qazanıb. 

89 kiloqram çəki dərəcəsində İranın digər təmsilçisi Əli Keştkar da 186 kiloqramı uğurla qaldıraraq təkanla qaldırma və ümumi hesabda bürünc medal qazanıb.

Teqlər