İranlı güləşçilər 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandılar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i391580-İranlı_güləşçilər_1_qızıl_1_gümüş_və_2_bürünc_medal_qazandılar
İtaliyada keçirilən Yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə Dünya Çempionatının ilk beş çəki dərəcəsində İran təmsilçiləri bir qızıl, bir gümüş və 2 bürünc medal qazandılar.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 27, 2022 09:23 Asia/Baku
  • güləş
    güləş

İtaliyada keçirilən Yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə Dünya Çempionatının ilk beş çəki dərəcəsində İran təmsilçiləri bir qızıl, bir gümüş və 2 bürünc medal qazandılar.

SəhərAzəri-nin məlumatına əsasən, İtaliyanın paytaxtı Roma şəhərində yunan-roma güləşi üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatının ilk beş çəki dərəcəsində yarışlar sona çatıb və 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Əhmədi Vəfa qızıl medal, 65 kiloqram çəki dərəcəsində çıxış edən Əhura Boyeri isə gümüş medal qazanıb. Həmçinin 80 kiloqram çəkidə Seyid Rza Azərşəb, 110 kq çəkidə isə Məhəmməd Cahangiri bürünc medal qazanıblar.

İlk beş çəki dərəcəsi üzrə yarışların yekununda İran komandası 75 xalla ikinci, Azərbaycan isə 80 xalla birinci və Türkiyə 60 xalla üçüncü pillələrdə qərarlaşıb. 

Final görüşlərində və ikinci beş çəki dərəcəsi üzrə yarışlarda Məhəmməd Qulami qızıl medal, Pəyam Əhmədi, Əbülfəzl Mirşikar və Həmidreza Keştkar isə bürünc medal uğrunda rəqibləri ilə mübarizə aparacaqlar.