İranlı alpinist Əfqanıstan bayrağını qaldırıb
Avq 09, 2022 11:47 Asia/Baku
İranlı alpinist İman Əhmədpur dünyanın ikinci ən yüksək zirvəsi olan K2 zirvəsinə qalxdıqdan sonra dostu Əli Əkbər Səxinin xatirəsinə Əfqanıstan bayrağını dalğalandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Əfqan alpinist Əli Əkbər Səxi təxminən üç həftə bundan qabaq K2 zirvəsinə qalxarkən "oksigen çatışmazlığı" üzündən, infarkt keçirdi və onun cəsədi hələ də bu dağdan aşağı endirilməyib.
34 yaşlı Əli Əkbər Səxi Əfqanıstandan bu zirvəyə qalxmağa səy göstərən ilk alpinist olub.