Keçmişdə yatmış kluba böyük bir şok
İngiltərə Premyer Liqasının yeni mövsümünün ilk həftəsinin özəl cəhətləri var idi; Liverpul-un Premyer Liqaya yenicə yüksəlmş Fulam-ın evində heç-heçə etməsi, Liverpul və Mançester Siti-nin iki yeni və dəyərli hücumçuları, yəni Darvin Nunez və Erlinq Halandın qol vurmaları.
SəhərAzəri-nin məlumatına əsasən, Amma Mançester Yunayted-in öz yeni məşqçisi Erik ten Haq-la “Old Trafford”da Brayton-a məğlub olması İngiltərə Premyer Liqasının yeni mövsümündəki ilk addımında ən qəfil hadisə idi.
Mövsümdənqabaq yoldaşlıq görüşlərində yaxşı nəticələr əldə edən, o sıradan "Liverpul"a dörd qolla qalib gələn "Mançester Yunayted" liqanın ilk həftəsində yenə də elə həmin köhnə zəifliklərini öz oyunu ilə üzə çıxardı.
Maraqlı cəhət budur ki, Brayton dünənki oyunadək heç vaxt Mançester şəhərinin iki klubundan birinin evində qalib gəlməmişdi, amma Yunayted ötən bir neçə il ərzindəki mənfi rekordlarının qeydə alınmasının davamında bu dəfə Braytonun Mançesterdə ilk qələbəsinə şərait yaratdı.