İranın gənc sərbəst güləşçiləri dünya çempionu olublar
Üç qızıl, bir gümüş və dörd bürünc medal qazanıb, 159 xal toplayan İran İslam Respublikasının gənclərdən ibarət sərbəst güləş komandası inamla dünya çempionatının fəxri kürsüsünə yüksəlib.
SəhərAzəri-nin məlumatına əsasən, Gənclər arasında sərbəst güləş üzrə dünya çempionatı avqustun 15-dən 17-dək Bolqarıstanın paytaxtı Sofiyada keçirilib.
Amerika və Hindistan yığmaları müvafiq olaraq 132 və 112 xalla İran komandasından sonra, ikinci və üçüncü yerləri tutublar.
İranın gənclərdən ibarət sərbəst güləş yığması ötən il də Rusiyanın "Ufa" şəhərində keçirilən dünya çempionatının qalibi olmuşdu.
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ayrı-ayrı mesajlarda dünya çempionatı yarışlarındakı qalibiyyəti münasibətilə İranın gənclərdən ibarət sərbəst güləş millisini təbrik ediblər.
Seyid İbrahim Rəisi öz mesajında bildirib: İranın gənclərdən ibarət sərbəst güləş üzrə milli komandasının dünya çempionatı yarışlarındakı inamlı qalibiyyəti İranın pəhləvan yetişdirən xalqının iftixar zirvələrini fəth etmək sahəsindəki dinamik imkanları və istedadlarının daha bir möhtəşəm nümayişidir.
Məhəmməd Baqir Qalibaf isə öz mesajında belə qeyd edib: İranın gənc sərbəst güləşçiləri özlərinin rəqiblərlə qarşılaşmadakı qürurgətirici qeyrət, ləyaqət və ciddi-cəhdləri ilə fəxarət kürsüsündə qüdrətlə dayanmağı və İranın əzəmət və izzət mənbəyi olmağı bacardılar.