Azərbaycan kikboksinqdə daha bir qızıl medal qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392294-azərbaycan_kikboksinqdə_daha_bir_qızıl_medal_qazanıb
Azərbaycan kikboksçuları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 3-cü qızıl medalı qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2022 14:34 Asia/Baku
  • Azərbaycan kikboksinqdə daha bir qızıl medal qazanıb

Azərbaycan kikboksçuları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 3-cü qızıl medalı qazanıb.

SəhərAzəri-nin Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dünya çempionu Anar Məmmədov (low kick, 57 kq) finalda meydan sahibi Türkiyə idmançısı Hatip Emlekə qalib gəlməklə İslamiadanın qalibi olub.

Digər dünya çempionu Ramal Aslanov (low kick, 75 kq) finalda meydan sahibi Türkiyə kikboksçusu Ünal Alkayışa uduzub.

Saqi Salehli (full contact, 75 kq) isə finalda Mahmud Xayotova (Özbəkistan) uduzaraq gümüş medalla kifayətlənib.