Avq 20, 2022 10:49 Asia/Baku
  • İran filmi İtaliyanın

İranın "İsatis" sənədli filmi İtaliyada keçirilən 34-cü "Roverto" Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə seçilib.

SəhərAzəri-nin məlumatına əsasən, İtaliyanın "Roverto" Beynəlxalq Film Festivalı hər il payızın əvvəlində keçirilir və ümumdünya  mədəni irsinə aid ən son, ən maraqlı və ən möhtəşəm italyan və beynəlxalq kino əsərlərini təqdim edir və binaları, məkanları və uzaq adət-ənənələri kinonun eksperimental baxışı ilə tanıtdırmağa çalışır. 

İranın "İsatis" filmi təbiətin dörd elementinin dilindən İran mədəniyyətinin bir hissəsi haqqında poetik sənədli filmdir.

"İsatis" sənədli filmi bundan əvvəl İranın "Həqiqət kinosu" adlı 14-cü Beynəlxalq Sənədli Film Festivalının katibinin xüsusi mükafatını qazanıb və 39-cu Fəcr Film Festivalında ən yaxşı sənədli film nominasiyasında Büllur Simurq mükafatına namizəd seçilib. Həmçinin Beynəlxalq Roşd Film Festivalının ən yaxşı sənədli film üzrə gümüş heykəlini və 8-ci Beynəlxalq Şəhər Festivalının beynəlxalq bölməsində ən yaxşı film mükafatını qazanıb. 

Teqlər