İranın üç güləşçisi dünya çempionatının finalında
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392331-İranın_üç_güləşçisi_dünya_çempionatının_finalında
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında yunan-roma güləşi üzrə dünya çempionatında İranın üç güləşçisi rəqiblərini məğlub edərək, finala yüksəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2022 06:38 Asia/Baku
  • İranın üç güləşçisi dünya çempionatının finalında

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında yunan-roma güləşi üzrə dünya çempionatında İranın üç güləşçisi rəqiblərini məğlub edərək, finala yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında yunan-roma güləşi üzrə dünya çempionatının ilk beş çəki dərəcəsində yarımfinal görüşləri keçirilib və sonda 63 kiloqram çəki dərəcəsində İman Məhəmmədi, 87 kiloqram çəki dərəcəsində Əbülfəzl Çubani və 130 kiloqram çəki dərəcəsində isə Fərdin Hedayati adlı İranın üç güləşçisi finala yüksəlib.

Bu gün gənclər arasında yunan-roma güləşi üzrə dünya çempionatının sıralama və final mərhələsi keçiriləcək.