İranın məktəbli astronomiya və astrofizika olimpiada komandası dünya birincisi olub
İranın məktəbli astronomiya və astrofizika olimpiada komandası doqquz qızıl və bir gümüş medalla dünya birincisi olub.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının məktəbliləri bu uğuru Gürcüstanın Kutaisi şəhərində keçirilən on beşinci Ümumdünya Astronomiya və Astrofizika Olimpiadasında qazanıblar.
İranın məktəbli astronomiya və astrofizika olimpiada komandasının üzvləri Mehdi Ustadməhəmmədi, Sepehr Səlamət, Məhəmmədmehdi Abidiyan, Fərhad Əzizi-Sətri, Seyid Yusif Mir Yusifi, Səhənd İsmayılzadə, Səhənd Əkrəmipur, Arya Qənbəri və Arsam Məcd qızıl, Əlirza Əlayi-Hərə isə gümüş medal alıblar.
Mehdi Xakiyan-Qumi, Hüseyn Həqqi, Əmirhüseyn Əmiri, Hoda Purqulaminin başçılıq etdikləri məktəblilərdən ibarət olimpiada komandamız iki komanda formasında müsabiqədə iştirak edib. Beləliklə, əsas komandamız olan A komandası beş qızıl medalla dünya birincisi olub. B komandamız isə dörd qızıl və bir gümüş medalla ikinci yeri tutubdur.
Müsabiqədə qırx beş ölkədən iki yüz əlli məktəbli iştirak edib.
İran komandası ötən 2021-ci ildə Kolumbiyanın ev sahibliyi ilə keçirilən virtual müsabiqədə iki qızıl, beş gümüş, iki bürünc medal və bir fəxri diplom əldə etmişdi.