İranlı yeniyetmə həndbolçular Asiya ikincisi olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392709-İranlı_yeniyetmə_həndbolçular_asiya_ikincisi_olublar
İranın yeniyetmələrdən ibarət həndbol komandası Asiya ikincisi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2022 08:54 Asia/Baku
  • İranlı həndbolçular
    İranlı həndbolçular

İranın yeniyetmələrdən ibarət həndbol komandası Asiya ikincisi olub.

SəhərAzəri-nin məlumatına əsasən, İranın yeniyetmələrdən ibarət həndbol komandası çərşənbə günü axşam Asiya çempionatının finalında Cənubi Koreya yığmasına 26-22 hesabı ilə məğlub və Asiya ikincisi olubdur.

Təcrübəli texniki heyətlə layiqincə Asiya çempionatının final mərhələsinə yüksələn İranın yeniyetmə həndbolçuları bu çempionatın qrup mərhələsində üç qələbə və bir məğlubiyyətlə öz qrupunun ikinci komandası kimi yarımfinala yüksəlmişdi.

İranın yeniyetmələrdən ibarət həndbol komandası yarımfinal mərhələsinə çıxarkən avtomatik surətdə 2023-cü il dünya çempionatına vəsiqə qazanıbdır.