İran güləşçiləri iki gümüş və bir bürünc medalla 4-cü oldular
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i393127-İran_güləşçiləri_iki_gümüş_və_bir_bürünc_medalla_4_cü_oldular
Serbiyada keçirilən yunan-roma güləşi üzrə dünya çempionatında İran komandası 2 gümüş və 1 bürünc medalla öz işinə yekun vurub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 14, 2022 08:01 Asia/Baku
  • Yunan-roma güləşi
    Yunan-roma güləşi

Serbiyada keçirilən yunan-roma güləşi üzrə dünya çempionatında İran komandası 2 gümüş və 1 bürünc medalla öz işinə yekun vurub.

SəhərAzəri-nin məlumatına əsasən, Yunan-roma güləşi üzrə dünya çempionatı sentyabrın 10-dan 14-dək Serbiyanın paytaxtı Belqradda keçirilib və sonda İran komandası üçün 67 kiloqram-da Məhəmməd Rza Gerayi və 130 kiloqramda Əmin Mirzadənin gümüş medal, 97-kiloqramda isə Məhəmməd Hadi Sarəvi gümüş medalı qazanıb. 

Komanda reytinqində isə, Türkiyə, Azərbaycan və Serbiya komandaları müvafiq olaraq 125, 118 və 110 xalla birinci, ikinci və üçüncü yerləri bölüşüblər, İran komandası isə 81 xalla dördüncü yerdə qərarlaşıb.