Sen 24, 2022 09:04 Asia/Baku
  • İran 1 - 0 Uruqvay; Keyroşun İran yığması ilə parlaq başlanğıcı

İran və Uruqvayın milli futbol komandaları arasında keçirilən hazırlıq görüşü İran komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın milli futbol komandası Avstriyanın Sankt Pölten şəhərindəki "NV Arena" stadionunda Dünya Çempionatına hazırlıq matçı çərçivəsində cümə günü saat 19:30-da Uruqvay millisi ilə qarşılaşıb.

Bu matçın yeganə qolunu İran millisinin üzvü Mehdi Taremi matçın 79-cu dəqiqəsində vurub.

İran qarşısında məğlubiyyət Uruqvay yığmasının Dieqo Alonsonun baş məşqçisi olduğu müddətdə ilk məğlubiyyəti olub.

Uruqvay son 7 matçda altı qələbə və bir heç-heçə qazanmışdı.

Futbol üzrə 22-ci dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

 

Teqlər