İran velosipedsürmə turnirinin ilk etapı başa çatıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i393660-İran_velosipedsürmə_turnirinin_ilk_etapı_başa_çatıb
Belçika komandasından olan velosipedçi İran velosipedsürmə turnirinin ilk etapının çempionu olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2022 12:06 Asia/Baku
  • İran velosipedsürmə turnirinin ilk etapı başa çatıb

Belçika komandasından olan velosipedçi İran velosipedsürmə turnirinin ilk etapının çempionu olub.

Otuz beşinci İran velosipedsürmə turniri cümə axşamı günü başlanıb.

Onun ilk etapı Təbrizdən Urmiyyəyə doğru olub. Bu yarış yüz əlli üç kilometr məsafəyə keçirilib və sonda Belçikanı təmsil edən "Tartelto" komandasından olan Cani Marşan birinci olub.

Malayziyanın DFC komandasından Məhəmməd Nurayman ikinci, Tailand komandasından Pirapel Tsaytsiyan isə üçüncü olubdur.

Yarışların ilk etapında qızılı köynək də Belçikanı təmsil edən "Tartelto" komandasından olan Cani Marşana nəsib olubdur.

İyirmi bir ölkədən olan altmış iki velosipedçi qeyd olunan turnirdə iştirak edir.