İranın "pəhləvanlıq güləşi" komandası dünyada birinci olub; Məhəmmədi pəhləvanların pəhləvanı seçilib
İranın "pəhləvanlıq güləşi" üzrə milli komandası 5 rəngarəng medal qazanaraq, 2022-ci ildə Türkiyədə keçirilən ənənəvi güləş üzrə dünya çempionatında birinci olub.
SəhərAzəri-nin məlumatına əsasən, İranın pəhləvanlıq güləşi üzrə milli komandasının nümayəndələri ənənəvi türk güləşi üzrə dünya çempionatının ilk günündə iki gümüş medal qazanıblar.
Yarışların ikinci və sonuncu günündə İranın -70, 80 və +90 kiloqram çəki dərəcələrində mübarizə aparan güləşçiləri döşək üzərinə çıxdılar və medal qazandılar.
Beynəlxalq ənənəvi güləş yarışlarının sonunda ən yaxşı güləşçilər baş mükafat yarışında üz-üzə gəliblər ki, İranın ağır çəkili güləşçi "Əmir Məhəmmədi" bütün rəqiblərini məğlub edərək, dünya üzrə pəhləvanların pəhləvanı adını qazanıb.
Bu titul güləş sahəsində ən misilsiz və ən tarixi tituldur.