Okt 15, 2022 11:14 Asia/Baku
  • İranlı atlet Asiya çempionatının qızıl medalını qazanıb

İranın 400 metr məsafəyə qaçış üzrə idmançısı 2021-ci ildə yeniyetmələr arasında keçirilən Asiya çempionatında İranın atletika komandasının ilk qızıl medalını qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, oktyabrın 13-dən 16-dək 30 ölkənin iştirakı ilə yeniyetmələr arasında atletika üzrə dördüncü Asiya çempionatı Küveytin ev sahibliyi ilə keçirilir. İran millisi bu yarışlarda 25 idmançı ilə iştirak edib.

Küveytin ev sahibliyi etdiyi yeniyetmələr arasında atletika üzrə Asiya çempionatının davamında İran təmsilçiləri rəqibləri ilə üz-üzə gəlib.

Seyid Məhəmməd Səccad Ağayi 400 metr məsafəyə qaçış yarışının final mərhələsində 48,37 saniyə nəticə ilə finiş xəttini birinci olaraq, keçib və 2021-ci ildə gənclər arasında Asiya çempionatında İranın milli atletika komandasının ilk qızıl medalını qazanıb.

110 metr məsafəyə yarışın finalında Əmir Hüseyn Zəndi və Məhəmməd Rza Mahmudinejad müvafiq olaraq, 14,23 saniyə və 14,60 saniyə nəticə ilə dördüncü və altıncı yerləri tutmuşlar.

Bundan əvvəl və yarışın ilk günündə İran üç medal qazanmışdı; Melika Novruzi və Məhdis Minayipur çəkic atmada müvafiq olaraq, gümüş və bürünc medal qazanıblar. Ərşiya Müsəddeqi də nizə atmada gümüş medal qazanıb. 

Teqlər