İranın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb
Yetmiş və doxsan yeddi kiloqram çəki dərəcələrində mübarizə aparan iranlı güləşçilər- Əmir Məhəmməd Yəzdani və Əmir Əli Azərpira İspaniyada keçirilən 23 yaşadək sərbəst güləş yarışlarının final görüşünə vəsiqə qazanıblar.
SəhərAzəri-nin məlumatına əsasən, bu turnirin ilk beş çəki dərəcəsi üzrə yarışları cümə günü İspaniyanın Pontedera şəhərində keçirilib.
Yetmiş kiloqram çəki dərəcəsində Əmir Məhəmməd Yəzdani Amerika təmsilçisi Yəhya Toması dörd-iki hesabı ilə məğlub etməklə final görüşünə yüksəlib. O, bu görüşdə 23 yaşadək Avropa çempionu, gürcüstanlı Georgi Elbakidze ilə qarşılaşacaq.
Doxsan yeddi kiloqram çəki dərəcəsində Əmir Əli Azərpira isə Almaniyanı təmsil edən Toğrul Ağcaya səkkiz-sıfır hesabı ilə qalib gəlib. O, finalda amerikalı Taner Slovanla mübarizə aparacaq.
Final görüşləri bu gecə keçiriləcək.