Noy 06, 2022 21:31 Asia/Baku
  •  İran Qitələrarası Sahil Futbolu üzrə Yarışların çempionu oldu

İran yığması qitələrarası sahil futbolu kubokunun final oyununda Braziliya yığmasını məğlub edərək çempionluq qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, 2022-ci il BƏƏ Qitələrarası Sahil Futbolu Kubokunun final mərhələsində İranın yığma komandası Braziliya ilə qarşılaşıb və 2-1 hesabı ilə qalib gələrək bu turnirin çempionu olub.

Bu çempionatla İran millisi Rusiya millisi ilə birlikdə qitələrarası kubokun əlaçı komandası hesab olunur.

İranın qollarını final görüşündə Məhəmməd Əhmədzadə və “Mühvehhid Məhəmmədpur vurub.

Reytinq matçında BƏƏ və Paraqvay milliləri üz-üzə gəlib və Paraqvay 4-1 hesabı ilə qalib gələrək bu yarışın üçüncü titulunu qazanıb.

Yekunda İran, Braziliya, Paraqvay və BƏƏ milli komandaları müvafiq olaraq birinci-dördüncü yerləri qazanıblar.

2021-ci ilin əvvəlki dövründə Rusiya, İran və Seneqal komandaları birincidən üçüncüyə qədər idilər.

Teqlər