İranlı məktəblilər elm və ixttiralar yarışında uğur qazanıblar
Noy 13, 2022 13:33 Asia/Baku
İranlı məktəblilər elm və ixttiralar yarışında on üç medal əldə etməyə müvəffəq olublar.
SəhərAzəri-nin məlumatına əsasən, Milli və beynəlxalq səviyyələrdə mühüm elmi adların əldə olunması, iranlı məktəblilərin yüksək elmi imkanını göstərir.
2022-ci il beynəlxalq elm və ixtiralar yarışı dünyanın otuz iki ölkəsindən 570 məktəbli komandasının iştirakı ilə Malayziyada keçirilib. Sonda İran İslam Respublikası komandası nanotexnologiya, texniki-mühəndislik, elektronika və kompüter elmləri kimi müxtəlif sahələrdə on üç rənbərəng medal qazanmaqla dünya ikincisi olubdur.