DÇ-2022-nin açılış oyunu italiyalı hakimə həvalə edilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i395112-dÇ_2022_nin_açılış_oyunu_italiyalı_hakimə_həvalə_edilib
FİFA-nın hakimlər komitəsi dünya çempionatının ilk oyununu idarə etmək üçün italiyali hakim Daniele Orsatonu seçib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 19, 2022 08:20 Asia/Baku
  • DÇ-2022-nin açılış oyunu italiyalı hakimə həvalə edilib

FİFA-nın hakimlər komitəsi dünya çempionatının ilk oyununu idarə etmək üçün italiyali hakim Daniele Orsatonu seçib.

SəhərAzəri-nin məlumatına əsasən, 2022-ci il Dünya Çempionatının açılış matçı ev sahibi Qətər və Ekvador arasında keçiriləcək. 

Orsato builki dünya çempionatında yeganə italiyalı hakimdir.

Bu 46 yaşlı hakimin karyerasında 2019-cu il Avropa Çempionlar Liqasının finalında "Bavariya" və "Paris Sen-Jermen" arasında keçirilən matçın idarəçiliyi var. 

Həmçinin bu, italiyalı referin dünya çempionatında ilk hakimlik təcrübəsi olacaq. 

2022 Dünya Çempionatının açılış matçı noyabrın 20-də keçiriləcək.