Noy 21, 2022 15:19 Asia/Baku
  • Qətər yığması dünya çempionatına məğlubiyyətlə başladı

Futbol üzrə 2022-ci il Qətər dünya çempionatı bu ölkənin Əl-Xur şəhərində yerləşən Əl-Bəyt stadionunda açılıb. Çempionatın ev sahibi ilk görüşdə Ekvador yığmasına sıfır-iki hesabı ilə məğlub olub.

SəhərAzəri-nin məlumatına əsasən, Feliks Sançesin yetirmələri son altı ayı bir-birilərinin kənarında məşq etmişdilər ki, öz baş məşqçilərinin taktikalarını futbol meydançasında daha yaxşı həyata keçirə bilmiş olsunlar. Amma Qətər Ekvador qarşısında əl-ayağını itirmiş və dağınıq formada idi.

Afrika çempionu Seneqal və üç dəfə dünya ikincisi olmuş Niderland yığmalarının, qrupun digər komandaları olduqlarını nəzərə alsaq, dünənki oyun, ehtimal üzrə Qətərin ən asan oyunu idi və həmin məğlubiyyətlə bu komandanın növbəti mərhələyə çıxış şansı son dərəcə azalıbdır.

Qayıdaq, dünənki oyuna. Oyundan təkcə üç dəqiqə keçmişdi ki, Enner Valensiya baş zərbəsilə Qətərin qapısını açdı, amma bu qol video-baxışdan az sonra oyundan kənar vəziyyət- ofsayd elan olundu.

Lakin Ekvador çox intizar çəkmədi və on üç dəqiqə sonra elə həmin oyunçu on bir metrlik cərimə zərbəsilə komandasına qol qazandırdı.

İngiltərənin “Vest Hem Yunayted” klubunun keçmiş oyunçusu daha sonra da parlaq oyun nümayiş etdirdi. Belə ki, Valensiya, matçın otuz birinci dəqiqəsində güclü baş zərbəsilə topu Qətərin qapısına keçirdi və Əl-Bəyt stadionunu sükuta qərq etdi.

 

Teqlər