Dünya çempionatının sürprizləri davam edəcəkmi?
Qətərdə keçirilən Dünya Çempionatının dördüncü günü dörd qarşılaşma ilə başa çatıb və turnirin üçüncü günü kimi digər bir Asiya təmsilçisinin sürprizinə şahid olub.
SəhərAzəri-nin məlumatına əsasən, Dünya Kuboku ilk gündə Qətər və Ekvador arasında keçirilən açılış matçı ilə başlayıb və burada ev sahibi komanda tarixdə ilk dəfə olaraq, ilk matçını buraxıb. Yarışlar davam edir və indiyə qədər kubokun ən mühüm sürprizi Asiya qitəsini təmsil edən iki komanda tərəfindən yaradılıb; Səudiyyə Ərəbistanı və Yaponiya Dünya Kuboku tarixində ilk dəfə eyni turda dünya çempionu olmuş Argentina və Almaniyanı məğlub ediblər.
Dünənki görüşlərdə Kosta-Rika yığması elə bir halda yeddi 7 qolla məğlub olub ki, bu oyunda fəlakətli çıxış edib.
Kosta-Rika millisinin azarkeşləri İspaniyanın ulduz komandasına qarşı sürpriz gözləmirdilər və görünür, La Roja qarşısında yaxşı oyun nümayiş etdirmək və mümkün olan ən kiçik fərqlə məğlub olmaq bu ölkə millisinin azarkeşlərinin istəyi imiş, lakin bunların heç biri baş vermədi və Keylor Navas və komanda yoldaşları kubokun ən pis məğlubiyyətini qeydə aldılar.
Dünən son oyunda isə FİFA reytinqində birinci olan Belçika Kanada komandasına bir qolla qalib gəlib.