2022 DÇ: Braziliya və İsveçrə milliləri pley-offa yüksəliblər
Futbol üzrə Dünya Çempionatının G qrupunda yer alan Braziliya və İsveçrə komandaları kubokun pley-off mərhələsinə vəsiqə qazanıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində saat 23:00-dan etibarən G qrupunda İsveçrə və Serbiya yığmaları üz-üzə gəlib ki, bu matç 3-2 hesabı ilə İsveçrənin xeyrinə başa çatıb.
Eyni zamanda keçirilən digər oyunda Braziliya və Kamerun yığmaları üz-üzə gəlib və bu oyun 1-0 hesabı ilə Kamerunun xeyrinə başa çatıb.
Bununla da Braziliya 6 xalla lider olaraq, pley-offa yüksəlib və bu mərhələdə Cənubi Koreya ilə qarşılaşacaq. İsveçrə Serbiya üzərində qələbə sayəsində 6 xal toplayıb və ikinci komanda kimi pley-off mərhələsinə adlayıb. İsveçrə bu mərhələdə Portuqaliya ilə qarşılaşmalı olacaq.
Bu qrupda Kamerun 4 xal toplayıb və üçüncü pillədə qərarlaşıb. Serbiya isə 1 xalla qrup cədvəlinin sonuncu pilləsində qərarlaşıb