Dek 05, 2022 12:43 Asia/Baku
  • 2022 DÇ: İngiltərənin 1/4 finala yüksəlmək üçün güclü performansı

İngiltərə millisi güclü performansla Seneqal səddini keçərək, 2022-ci il Dünya Çempionatının 1/4 final mərhələsinə yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Qətərdə keçirilən Dünya Çempionatının 1/8 final mərhələsi çərçivəsində Bakı vaxtı ilə saat 23:00-da "Əl-Bəyt" stadionunda İngiltərə və Seneqal yığmaları üz-üzə gəliblər və İngiltərə Seneqal yığmasını 3-0 hesabı ilə darmadağın edib.

Bu oyunda İngiltərə əla çıxış etdi və ilk hissənin sonlarından öz gücünü rəqibə diktə edə bildi. 

Bu matçda İngiltərənin qollarını Cordan Henderson, Harri Keyn və Bukayo Saka vurub. Beləliklə də bu komanda Afrika çempionunu güclü şəkildə məğlub edib.

İngiltərə millisi bu qələbə ilə növbəti raundda Fransa kollektivinə rəqib olub.

İngiltərə yığması mundialın ən intizamlı komandasıdır.

İngiltərə yığması Qətərdə keçirilən futbol üzrə dünya çempionatında indiyə qədər vərəqə almayan yeganə komandadır.

Teqlər