Portqualiyanın gol festivalı
Dek 07, 2022 16:01 Asia/Baku
Portuqaliya milli futbol komandası Kristiano Ronaldonun yerini tutmuş oyunçunun uğurlu çıxışı ilə İsveçrə seçməsini altı-bir hesabı ilə məğlub edib, dörddə bir finala vəsiqə qazanıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, İki min iyirmi ikinci il dünya çempionatının səkkizdə bir final mərhələsinin son görüşündə Portuqaliya milli futbol komandası dünən gecə İsveçrə yığması ilə qarşı-qarşıya dayanıb.
Kristiano Ronaldonun oyuna ehtiyat oyunçular skamyasından tamaşa ilə başladığı bu görüşdə Portuqaliya milli futbol komandasının üzvü və Ronaldonun canişini- Qonçalo Ramos oyunun on yeddi, əlli bir və altmış yeddinci dəqiqələrində vurduğu qollarla het-trik edib. Bu, Qətər dünya çempionatında ilk het-trik olub.