Dek 10, 2022 14:56 Asia/Baku
  • DÇ: Argentina millisi yarımfinala yüksəldi; Braziliya mübarizədən kənarlaşdırıldı

Argentina millisi Niderland millisinə qalib gələrək, Qətərdə keçirilən dünya çempionatının yarımfinalına yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində Argentina millisi Niderland ilə qarşılaşıb və 120 dəqiqəlik möhtəşəm oyundan və 2-2 hesablı heç-heçədən sonra penalti zərbələrində Emiliano Martinezin parlaq çıxışı ilə 4-3 hesablı qələbə qazanıb və yarımfinal mərhələsinə yüksəlib. 

Digər oyunda isə Braziliya millisi Xorvatiyaya penaltilər seriyasında uduzaraq, dünya çempionatından vidalaşmalı olub.

Qarşılaşma 90 dəqiqədə qolsuz bərabərliklə başa çatıb, lakin 105+1-ci dəqiqədə Neymar oyunun ilk qolunu vurub, bu qolu 117-ci dəqiqədə Bruno Petkoviç gözəl cavablandırıb və oyun 120-dən sonra penaltilərə keçib. 

Penalti zərbələrində məhz Xorvatiya millisi qapıçısı "Dominik Livakoviç"in parlaq performansı ilə Braziliyanı 4-2 hesabı ilə məğlub edərək, mundialın yarımfinalına yüksəlməyi bacarıb.

Teqlər