Dek 12, 2022 19:31 Asia/Baku
  • Üç iranlı qadın hakim oxatma üzrə Asiya kubokunda hakimlik edəcək

Dünya Oxatma Federasiyasının dəvəti ilə üç iranlı qadın hakim Asiya Kubokunun üçüncü mərhələsində hakimlik etmə məqsədilə Dubaya gedəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Qəzalə Rəsuli, Atifə Sabir və Səmanə Sadat Hüseyni Dünya Oxatma Federasiyasının dəvəti ilə Asiya Kubokunun üçüncü mərhələsində hakimlik etmək üçün Dubaya gedəcək üç iranlı qadın hakimdir. 

Beynəlxalq dərəcəli hakim Qəzalə Rəsuli Həmədandan, kontinental hakim Atifə Sabir Əlborz vilayətindən və kontinental hakim Səmanə Sadat Hüseyni İsfahan vilayətindən bu yarışlara göndəriləcəklər.

Buna əsasən ölkənin 15 vilayətindən 45 məşqçinin iştirakı və milli komandanın koreyalı baş məşqçisinin rəhbərliyi ilə biliklərin artırılması məqsədi ilə təlim-məşq toplanışı keçirilib.

Teqlər